“Xaqani Məmmədov sifariş yerinə yetirməklə məşğuldur” – ittiham

“Xaqani Məmmədov sifariş yerinə yetirməklə məşğuldur” – ittiham

xeqani1.jpg

Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy AFFA Hakimlər Komitəsinin rəhbəri Xaqani Məmmədov haqda sərt fikirlər səsləndirib.

 

Qol.Az-ın xəbərinə görə, o, “Futbol +” qəzetinə müsahibəsində Məmmədovun Azərbaycan hakimliyinə zərər vurduğunu deyib.

 

Türkiyəli mütəxəssis xatırladıb ki, X.Məmmədov bir neçə il əvvəl Bakının “İnter” klubunun rəhbərliyi ilə içki məclisində yaxalanıb, bundan sonra isə hakimlikdən uzaqlaşdırılıb.

 

N.Şensoy əlavə edib ki, X.Məmmədov AFFA Hakimlər Komitəsinin sədri olsa da, qərarverici adam deyil və faktiki olaraq, futbolda “yuxarılar”ın sifarişini yerinə yetirməklə məşğuldur.

COMMENTS