Xatirə İslam: “Xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir”

Müğənni Xatirə İslamın aparıcı Vüsalə Kərimovanın onun haqqında dediyi sözlərə cavabı gecikməyib.

Ailem.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə aparıcının dediklərinə münasibət bildirib. O, məsələ ilə bağlı bunları yazıb: “Əziz dostlar, mənim haqqımda yazılanlara fikir verməyin. Kiminləsə dalaşıb, onu reklam etmək fikrim yoxdur. Kim nə deyirsə, əcəb edir, canı heç vaxt sağ olmasın. İnşallah, Allah cavabını verəcək. Qaldı ki, mənim həyat yoldaşıma… 5 dil bilir, sinxron tərcüməçidir, rütbəsi mayordur, 10 min işçiyə rəhbərlik edir və ailəsini çox sevir. Mən də çalışıram ki, özümü onun adına, vəzifəsinə layiq aparım. Ona görə şərait yaratmıram ki, kimsə verilişində məndən mənasız mövzularına görə istifadə etsin. Mən də, ailəm də göz qabağındadır. Çox xoşbəxtəm ki, sevdiyim kişi öz ərimdir. Qaldı ki, aparıcıya onda da günah yoxdur, ondan da istifadə edirlər”.

Xatırladaq ki, bir neçə gün öncə “Günaydın” verilişində aparıcı Vüsalə Kərimovanın “Xatirə Rüfətlə eşq yaşayır” sözlərinə görə X.İslam verilişi tərk etmiş və onlar arasında qalmaqal yaranmışdı.

COMMENTS