XİN Sarkisyanın yalanı ilə bağlı BMT-yə rəsmi sənəd hazırlayır

Xarici İşlər Naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sərkisyanın sentyabrın 24-də BMT Baş Məclisinin 69-cu sessiyasında çıxışına münasibət bildirəcək.

 

XİN-in mətbuat xidmətindən Aktual.az-ın sorğusuna cavab olaraq bildirilir ki, BMT Baş məclisinin prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən yazılı şəkildə Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş məclisinin 69-cu sessiyasında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş yalandolu çıxışına cavab olaraq, Azərbaycan Respublikasının şərhləri təqdim ediləcək və bu sənəd BMT Baş məclisinin 69-cu sessiyasının rəsmi sənədi kimi yayılacaq.

Qeyd edilir ki, BMT Baş məclisinin 69-cu sessiyasında Azərbaycan Respublikasını təmsil edən Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən sessiyanın ümumi müzakirələr hissəsində ediləcək çıxışında Azərbaycanın mövqeyi BMT tribunasından dünya ictimaiyyətinin nəzərinə çatdırılacaq.

COMMENTS