Xırdalan “Qumarxanalar şəhəri”nə çevrilir

Abşeronun “paytaxtı” Xırdalan şəhərində qanunla qadağan edilmiş oyunlar sürətlə yayılmağa başlayıb. JAM.AZ-a daxil olan məlumata görə, əsasən çay evləri adı ilə fəaliyyət göstərən obyektlərdə loto oyunları həyata keçirilir. 

Sakinlərin verdiyi məlumata görə, bu ilin ortalarından etibarən çoxalmağa başlayan belə obyektlərin əksəriyyətinin sahibləri yerli məmurlardır. Onların bildirdiyinə görə, Xırdalandakı əksər çay evləri və çayxanalarda açıq şəkildə oynanılan loto oyununa görə, kimsə onlara bir söz demir. Məlumatı verənlər JAM.AZ-a loto oyunu keçirən çay evləri və çayxanaların ünvanlarını da verib. Hazırda qeyd olunan ünvanlarda məlumatların doğru olub-olmadığını araşdırmağa çalışırıq. 

Xatırladaq ki, Xırdalan şəhərində son illər qumarxanaların fəaliyyəti geniş şəkil alıb. Son bir ildə polisin bununla bağlı keçirdiyi teydlərdə əsasən 3 rayonun adı çəkilir. Onlardan biri Abşeron, ikincisi Yasamal, üçüncüsü isə Səbayeldir. Qumarxanaların bu rayonlarda niyə geniş yayıldığının səbəbi isə məlum deyil. 

COMMENTS