Xırdalanda park nə üçün nəzarətdən yayınıb?

Xırdalanda park nə üçün nəzarətdən yayınıb?

Xırdalanda Heydər Əliyev parkı nəzarətsiz qalıb. Bu barədə redaksiyamıza sakinlər məlumat verib.

Parka nəzarət edən nə gözətçisi var, nə də ətrafda mühafizəçi naryad. Elə bu səbəbdən də meydanı boş görən sahibsiz küçə itləri insanların istirahət üçün üz tutduğu parka soxulublar.

Bu da parka gələn insanların həyatına təhlükə yaradıb. İtlər insanların ən yaxın məsafəsində belə gəzib dolaşırlar. Hətta diqqətinizi çəkən məqam o oldu ki, sahibsiz küçə itləri Parkda inşa olmuş Ulu Öndər Heydər Əliyev Mərkəzinin pilləkənlərini qalxıb oynaşırdılar.

Ətrafda da nəzarətçi və ya mühafizəçi yox idi. Şahidi olduq ki, Xırdalan parkı sahibsiz küçə itlərinin meydanına çevirilib. Çünki, icra başçısı Abidin Fərzəliyev öz biznesi ilə məşğuldur. Yəni, parka ayıracaq zamanı yoxdur….

DOSYE.ORG

COMMENTS