Xırdalanda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi

Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında yanğın olub.

Dosye.org FHN-in saytına istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Dosye.org

COMMENTS