Xızıda ağır qəza: 4 ölü, 2 yaralı

Xızıda ağır qəza: 4 ölü, 2 yaralı

Xızı rayonunda ağır yol qəzası baş verib.

Dosye.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

“Report”un məlumatına görə, qəzada ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. Bunlar – 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu və onun həmyaşıdı İsmayılov Hüseyn Səfərəli oğludur. Qəza zamanı həmçinin Xaçmaz rayon Qarabağlı kənd sakini, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva xəsarət alıblar. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DOSYE.ORG

COMMENTS