Deputat Elman Məmmədov parlamentin iclasında çıxış edərək Xocalı soyqırımı qurbanlarından danışıb. Bildirib ki, Bakı şəhərində, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana harayı” abidəsi var. Deputat həmin abidənin ziyarətinin rəsmi protokola daxil edilməsini təklif edib.
Deyib ki, Azərbaycana səfər edən xarici ölkəlrin təmsilçiləri və beynəlxalq təşkilatların rəsmilərinin həmin abidəni ziyarət etməsi təşkil olunmalıdır: “Ölkəmizə gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Amma Xocalı soyqırımı abidəsinin ziyarəti də protokola salınmalıdır”.
E.Məmmədov qeyd etdi ki, Xocalı soyqırımının tanınması istiqamətində işlər davam edir, bir sıra ölkələrin parlamentləri, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb.
E.Məmmədov ardınca Xocalı soyqırımı şahidlərinə soyqırıma məruz qalan statusu verilməsini də təklif etdi.
Komitə sədri Ziyafət Əsgərov isə bildirib ki, Xocalı qurbanlarının milli zəmində hədəfə alınmasının qeyd olunması ən doğru yanaşmadır, çünki onlar milli zəmində qətlə yetirilib, soyqırıma məruz qalıblar.(musavat.com)
COMMENTS