Xocalı qatili Vaqif Xaçatryana 15 illik həbs cəzası tələb olundu

Xocalı qatili Vaqif Xaçatryana 15 illik həbs cəzası tələb olundu

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçirilir.

Musavat.com xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.

Məhkəmə prosesində dövlət ittihamçısı – Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov çıxış edib.

Dövlət ittihamçısı Vaqif Xaçatryana qarşı irəli sürülən ittihamların təsdiqini tapdığını, onun 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib. Bildirib ki, V.Xaçatryan cəzasının bir hissəsini həbsxanada, yerdə qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. İlk 5 ilini həbsxanada, yerdə qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir.

Proses saat 2-də davam etdiriləcək.

COMMENTS