Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.
Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi.
DOSYE.ORG
COMMENTS