Xocavənddə silah-sursat aşkarlandı

Xocavənddə silah-sursat aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan DOSYE.ORG-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə rayon ərazisində keçirdikləri nəzarət tədbirləri ilə erməni hərbi birləşmələrinə məxsus silah-sursat aşkar edilib.

Aşkar edilən 2 pulemyot, 1 avtomat, 1 “Faqot”, 98 müxtəlif çaplı mərmi, 6290 müxtəlif çaplı patron və digər döyüş sursatı aidiyyəti üzrə təhvil verilib.

COMMENTS