“Xorvatiyaya çətinlik yaradacağıq” – Prosineçki

“Xorvatiyaya çətinlik yaradacağıq” – Prosineçki

“Futbolçularım Norveçlə görüşdə yaxşı oynadı. Matçın çətin keçəcəyini bilirdim. Çünki Norveçin əla komandası var. Ancaq bizim də onlara qarşı layiqli müqavimət göstərə biləcək gücümüz var idi. Topa daha çox biz nəzarət etdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Azərbaycan millisinin həmin gün uduzmamalı olduğunu bildirib: “İyunun 12-si Azərbaycan üçün tarixi bir gün idi. Çünki elə həmin axşam ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Biz səfərdə bir xal qazandıq. Bu nəticə bizim üçün əla hesab oluna bilər”.

Prosineçki “Avro-2016″nın seçmə mərhələsində sentyabrda qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: “Xorvatiya ilə baş tutan ilk oyunda Azərbaycan millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Ancaq bu, komandanın əsl gücünün göstəricisi deyil. Mən Xorvatiyaya qalib gələcəyimizi söyləmirəm. Lakin doğma meydanda onlara çətinlik yarada biləcəyik”.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sentyabrın 3-də keçiriləcək.

COMMENTS