Xoşqədəm ailə qurduğunu etiraf etdi

ATV kanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Türkiyənin məşhur müğənnisi Doğuşla evlənməsi barədə yayılan xəbərlə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, teleaparıcı “Səni axtarıram” verlişində məsələyə aydınlıq gətirib:

“Doğuş öz ölkəsindən tanınan bir müğənnidir. Mən də öz ölkəmdə tanınan bir insanam. Hər zaman proqramımda qeyri-rəsmi nigahın əleyhinə olmuşam, mən rəsmi, adət-ənənlərə uyğun ailə həyatı qurmuşam. Azərbaycanı heç bir ölkəyə dəyişmərəm, ölkəmi tərk etməyəcəm, Doğuşla verlişi daha da inkişaf etdirəcəyik”.

COMMENTS