Yəmən husiləri Səudiyyə Ərəbistanının vertolyotunu vurublar.
“Report” xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə krallığın cənub-qərbində baş verib. İlkin xəbərdə bildirilir ki, vertolyotun heyət üzvü sağ qalıb.
Ər-Riyad hələlik xəbəri şərh etməyib.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri mütəmadi olaraq Yəməndən atılan ballistik raketləri vururlar.
Dosye.org
COMMENTS