Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi öldürülüb

Yəməndə Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi öldürülüb

Husilərin Yəmənin Qırmızı dəniz sahilindəki Hudeydə şəhərinə hücumu zamanı Birləşmiş Ərəb Əmirliklərinin 4 hərbçisi öldürülüb.

Bu barədə “Al Jazeera” məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya çərşənbə günü Yəmənin liman şəhərinə hücuma başlayıb. Əməliyyatın keçirilməsində məqsəd şəhərin husilərdən azad edilməsidir.

Dosye.org

COMMENTS