“Ya oturub danışacam, ya da başqa klub axtaracam” – Ruslan Qurbanov

“Ya oturub danışacam, ya da başqa klub axtaracam” – Ruslan Qurbanov

“Qəbələ” ilə müqaviləsi başa çatan Ruslan Qurbanov Qol.az-a müsahibə verib. Komandadan getməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirən futbolçu maraqlı fikirlər səsləndirib.

– Mətbuatda “Qəbələ”dən ayrılmağın haqda xəbərlər yayılıb. Doğrudan komandadan getmisən?

– Düzdür, klubla müqaviləm başa çatıb. Amma mənə heç kim konkret olaraq, nəsə deməyib. Özüm də mətbuatdan oxudum ki, “Qəbələ” Ruslanla yollarını ayırıb. Nəsə bilsəm, sizə də deyəcəm.

 Bu barədə “Qəbələ” rəsmilərindən kiminləsə danışmısan?

– Xeyr. Bu söz-söhbətlərin hardan çıxdığını bilmirəm. Yenə deyirəm, klubdan mənə heç bir məlumat verilməyib. Qərarı gözləyirəm. Ya oturub danışacam, ya da başqa klub axtaracam.

– Başqa təkliflərin var?

– Əlbəttə, təkliflər var. Amma “Qəbələ” ilə məsələ bilinəndən sonra açıqlayacağam.

– Təkliflər Azərbaycandandır, yoxsa xarici klublardan?

– Azərbaycanda heç bir klubla danışıq aparmamışam. Yalnız bunu deyə bilərəm.

– “Qəbələ”də qalmaq istəyirsən?

– Ehtiyatda oturmaq yox, ilk növbədə oynamaq istəyirəm. Ona görə də məhz daimi oynayacağım komandada olacam.

– Kubokun bir addımlığında uduzdunuz və mövsümü titulsuz başa vurdunuz. Bu barədə nə deyə bilərsən? “Keşlə” ilə final oyununda meydana çıxmasan da, fikirlərin maraqlıdır…

– Cəzalı olduğum üçün oyunu buraxdım. Futboldur, kimin imkanı oldusa, o komanda da qol vurdu. “Keşlə”ni təbrik edir və onlara Avropa Liqasında uğurlar arzulayıram.

– Bəs dünən niyə millimizin heyətində Qırğızıstana qarşı oynamadın?

– Qurban Qurbanov meydana buraxmadı. “Qəbələ”nin son oyunların oynamamışdım. Ona görə də indi mənə çətindir. Yenə də öz şansımı gözləyəcəm.

– Roman Qriqorçuk “Qəbələ”dən getməsinə münasibətin necədir?

– Ona “sağ ol deyirəm” və gələcək karyerasında daha böyük nailiyyətlər arzulayıram.

Dosye.org

COMMENTS