Ötən gün axşam saatlarinda yağan güclü yağış Bərdəni selə qərq edib.
“Qafqazinfo” xəbər verir ki, avtomobil yollari ilə bərabər bir sıra yaşayış məntəqlərini yağış sularının altında qalıb.
Bərdədə axşam saatlarında başlayan yağış küçələrdə gölməçələr əmələ gətirib. Şiddətli yağış ətrafı selə qərq edib. Rayonun mərkəzi küçələri və avtomobil yolları su içində qalıb.
Yollarda yığılmış yağış suyun hündürlüyü 15-20 sm metrə çatıb. Gölməçələrdə hərəkət edə bilməyən bəzi maşınlar isə suyun içində qalıb. Sürücülər çətinliklə olsa da yolun ortasında qalmış maşınlarını düzəltməyə çalışıblar.
Dayanmadan yagan yağış sürücülərin vəziyyətini daha da çətinləşdirib. Yerli sakinlərin sözlərinə görə, rayonda kanalizasiya sistemi olmadığından yağış sulları yollara yığışır.
Yağış yollarla bərabər yağayış məntəqələrində də acınacaqlı vəziyyət yaradıb. Rayondakı məcburi köckünlərin evlərini su basıb. Torpaqdan tikilən evlərin hasarlarında çatlar əməl gəlib. Bəzi evlərin dam örtüyü bərbad olduğundan su evlərin icinə tökülüb.
COMMENTS