Yağış Gəncənin yollarını iflic etdi

Yağış Gəncənin yollarını iflic etdi

Bu gün gecə saat 4 radələrinə Gəncəyə yağan güclü yağış şəhərin yollarında ciddi fəsadlara yol açıb.

 

Sel suları küçələrdən iri daşları, torpağı yuyaraq asfalt yollara gətirib. Dosye.az Kəpəz TV-yə istinadən xəbər verir ki, bu da Nizami, Şah İsmayıl Xətai prospektləri ilə yanaşı Mirzə Abbas Abbaszadə və bir neçə küçədə avtomobillərin hərəkətinə maneə yaradıb.

Bundan başqa bir necə dəqiqə ərzində davam edən yağış şəhərin kanalizasiya sistemində daşmalara da səbəb olub. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Nizami Hacıyevin verdiyi məlumata görə, səhər saatlarından etibarən təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub. Mövcud problemin aradan qaldırılması üçün günorta saatlarına qədər küçə və prospektlərdə təmizləmə işləri aparılıb.

COMMENTS