“Yalan ayaq açar, amma yeriməz”- deyimi unutma!

“Yalan ayaq açar, amma yeriməz”- deyimi unutma!

Son günlər mətbuatda yaranan ciddi problemlər artıq açıq şəkildə özünü bürüzə verir. Hansı peşənin sahibi olursa, olsun, fərq etmir. İnsan ümumiyyətlə danışanda gərək fakta söykənsin, əsaslara arxalansın.

Bu günlərdə saytların birində “ADAU-ya hələ də İbrahim Cəfərov NƏZARƏT EDİR – Kadrları iş başındadırsa” başlıqlı məqalə qarşıma çıxdı. Əslində, məqalənin hansı saytda yayımlandığı və kimin “əl işinin” olduğu elə də maraqlı deyil. Haşiyədən kənarə çıxıb bir lətifəni siqqətinizə çatdırmaq istəyirəm.

Şah bir gün kəntdə bir nəfər məzlumu edam etdirmək üçün göstəriş verir. Əmr olunur ki, hamı onu daşqalaq etsin. Beləliklə, camaat bir-bir yerdən daş götürərək onu daşqalaq edir. Növbə məzlumun yaxın dostuna çatır. O da öz növbəsində yerdən çınqıl(fındıq boyda) daş götürərək daşqalaq olan dostuna yavaş atır. Bu zaman daş ona dəyər-dəyməz başlayır hönkür-hönkür ağlamağa. Şah əmr verir ki, onu gətirin mənim yanıma. Daşqalaq olan şəxsi açıb Şahın yanına gətirirlər. Şah sual verir ki, sənə iri daşlar atıldı, ağlamadın, amma xırda bir daşa görə nə üçün ağladın?

Yazıq məzlum cavab verir ki, Şah sağ olsun ona görə ağladım ki, mənə daş atan yaxın dostum idi….

Bütün bunları ona görə xatırladıram ki, kişi simasında olmaq, kişiliyi şərəflə qorumaq hər insana nəsib olmur….

COMMENTS