Top.Mail.Ru

Yalandan ölüm xəbəri yayanları hansı cəza gözləyir?

Yalandan ölüm xəbəri yayanları hansı cəza gözləyir?

Lent.az -da yeni rubrika ilə qarşınıza çıxırıq – “Bir sual, bir cavab”. Bu rubrikada günün ən aktual suallarına cavab tapmağa çalışacağıq.

Ara-sıra mediada və sosial şəbəkələrdə müxtəlif şəxslərin yanlış ölüm xəbərləri barədə məlumatlara rast gəlirik. Belə xəbərlər təbii ki, ən çox məşhurlar barədə naməlum səbəblərdən yayılır. Dünən axşam xalq artisti Zeynəb Xanlarovanın ölümü ilə bağlı xəbərlər yayılandan sonra, sənətçi özü bunu təkzib etdi.

Bəs görək, bu kimi yanlış məlumatlar yayanlar barədə ölkə qanunvericiliyində hansı müddəalar nəzərdə tutulub? “Müvəkkil” hüquq mərkəzinin rəhbəri Səməd Vəkilov mövzu ətrafında Lent.az -a danışarkən, burada daha çox mülki məsuliyyətdən söhbət getdiyini bildirib:

“Təbii ki, bu məsələyə həm peşə etikası, həm də hüquq konteksində qiymət vermək lazımdır. Jurnalistlərin etik peşə davranışı haqqında kodeksə görə, jurnalistin yalan məlumat yayması yolverilməzdir. Məsələyə hüquqi aspektdən yanaşsaq, burada daha çox mülki məsuliyyətdən söhbət gedir. Barəsində məlumat yayılmış şəxs mülki qaydada məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətinə, həmçinin mənəviyyatına vurulmuş zərərin əvəzini tələb edə bilər. Lakin təəssüf ki, ictimaiyyətdə belə bir president yoxdur. Hesab edirəm ki, barəsində yalan ölüm xəbəri yayılan şəxslərdən kimsə bu ilkə imza atmalı və həmin şəxsləri mülki qaydada da olsa cəzalandırmalıdır ki, hər kəsə örnək olsun. Təklif edirəm ki, İnzibati Xətalar Məcəlləsinə şəxsin barəsində bilə-bilə yalandan ölüm xəbəri yayma barədə maddə əlavə edilsin. Ölməsi barədə yalan məlumatlar yayılan şəxs, onu yayan şəxsdən mülki qaydada kompensasiya tələb edə bilər. Həmin kompensasiyanın məbləğini məhkəmə araşdırma apararaq təyin edir. REAL partiyasının sədri İLqar Məmmədov bu yaxınlarda özünə dəyən mənəvi zərərə görə, 234 min manat kompensasiya alıb. Hələ ki, ondan yuxarı təzminat qeydə alınmayıb”.

DOSYE.ORG

COMMENTS