Yanan bina işi-şirkət rəhbəri azadlığa buraxıldı

Yanan bina işi-şirkət rəhbəri azadlığa buraxıldı

15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğına görə 8 il həbs cəzası alan “Global Construction” MMC-nin rəhbəri Miryusif Mahmudov vaxtilə məhkəmədə belə demişdi: “Məndə belə hiss yarandı ki, Üsəma bin  Ladenin qohumuyam”

Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğına görə 8 il həbs cəzası alan “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb. E-huquq.az saytı yazır ki, Ali Məhkəmə onun şikayəti əsasında əmlakının müsadirə olunması haqda hökmü də ləğv edib. Miryusif Mahmudov barəsində qərar qəbul edilərkən 2017-ci ildə oktyabrın 20-də Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər əsas götürülüb. Dəyişikliyə əsasən, Miryusif Mahmudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiya dairəsi azaldılıb. Binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov 8 il azadlıqdan məhrum edilmişdi.  Miryusif Mahmudov həbs olunandan sonra məhkəmədə üzə çıxan faktlar onu deməyə əsas verirdi ki, bina qəsdən yandırılıb.

 

“Yeni Müsavat” məşum olaydan əvvəl və sonra Azərbaycanda qəsdən yanğınlar törədilməsi, yanğın törədilməsinə çox ciddi cəhdlər olması haqda yazılar dərc edib. Olaydan sonra redaksiyamıza daxil olan məlumatlardan belə aydın olurdu ki,  Azərbaycanı matəmə qərq edən yanğından 7 ay əvvəl – 2014-cü il noyabrın 26-da gecəyarısı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, əsasən sələfilərin toplaşdığı məscidə içi yandırıcı maddə ilə dolu 5-6 yarımlitrlik butulka atılıb. Yanğın məscid nəzarətçisinin alov dillərini vaxtında görərək yanğınsöndürənlərə məlumat verdiyinə görə geniş miqyas almamış söndürülüb. Məşum yanğından 3 gün əvvəl – 2015-ci il mayın 16-da isə Bakının Nərimanov rayonu, Koveroçkin küçəsində, Hərbi Prokurorluğun binası ilə üz-üzə olan hündürmərtəbəli binanın damına çıxan naməlum şəxslər kəndirləri neftə batıraraq yandırıblar və binanın damından üzü aşağı buraxıblar. Gecəyarısı binanın damına doğru alov dillərinin qalxması yaxınlıqdakı taksi sürücülərinin diqqətini cəlb edib. FHN-ə vaxtında məlumat verilməsi səbəbindən bu xain cəhd də baş tutmayıb. Məscidin, yaşayış binasının qəsdən yandırılmasına cəhdlərindən 3 gün sonra – 2015-ci il mayın 19-da Binəqədidəki binada yanğın gecə yarısı deyil, günortaya yaxın baş verib. Alov axşam, hava qaralandan sonra daha çox görünür. Günorta isə diqqəti daha az çəkir. Bu səbəbdən də Binəqədidəki binada Qaraçuxurdakı məsciddə, Koveroçkin küçəsindəki binada olduğu kimi yanğını vaxtında görüb qarşısını ala bilməyiblər. Dəhşətli yanğından sonra Gəncədə gecəyarısı hündürmərtəbəli binalardan birinin damında əllərində dizel yanacağı ilə dolu 2 şəxs saxlanılıb. Həmin şəxsləri binaların sakinləri tutaraq polisə təhvil versələr də, sonradan MTN  həmin şəxsləri polisdən alıb.  Onların üzərində məhkəmə qurulmayıb, barələrində rəsmi məlumat yayılmayıb. Bilinən odur ki, bu şəxslərdən biri Dağıstan vətəndaşı, digəri isə Samuxdan olub. 2015-ci il iyunun 5-də Sumqayıtda üzərində mərhum prezidentin sözləri yazılmış, poliuretandan olan lövhə qəsdən yandırılıb. 1 gün sonra isə Qaraçuxurda binaların önündə park olunmuş, vətəndaşlara məxsus 30-a yaxın lüks avtomobilə od vurulub. Bu, məlum olan və qəsdən törədilən, təxribat olmasını söyləməyə əsas verən yanğın faktlarıdır.

Global Construction” MMC-nin rəhbəri Miryusif Mahmudov ile ilgili görsel sonucu

Sadalanan yanğınlarla Binəqədidəki yanğının eyni zəncirin halqaları olmasını söyləməyə əsas verən çox ciddi faktlar ortadadır.

Miryusif Mahmudov məhkəmə ifadəsində binanın yandırılması üçün uzun müddət hazırlıq işləri getdiyini diqqətə çatdırmışdı.

Global Construction” MMC-nin rəhbəri Miryusif Mahmudov ile ilgili görsel sonucu

Onun açıqlamasından sitat: “Hazırlıqlar da aprelin 10-da Xətaidəki binanın yandırılmasından başlanıb. Orada bina yandırıldı, ”poliuretan” bütün Azərbaycanda qulaqlara dəhşətli söz kimi ötürüldü. “Poliuretan” zəhər kimi təqdim olundu. Sonra Veteranlar Şurasının binası yandırıldı. Bundan da üç gün sonra bu binanı yandırdılar. Əgər əvvəlki hadisələr olmasaydı, bu, adi yanğın hadisəsi kimi qarşılanacaqdı. Mənim nə siyasi, nə mənəvi, nə də iqtisadi səhvim olub. Adamlar MTN-də baş verənlər barədə oktyabrın 16-dan sonra danışmağa başladılar. Amma mən hələ avqustun 20-də Kürdəxanıda müstəntiqə başımıza gələnləri danışmışdım. Demişdim ki, Xətaidəki yanğından sonra bizim şirkətimiz haqda dövlət rəhbərliyinin yanında mənfi rəy formalaşdırmaqla təhdid ediblər, pul istəyiblər. Konkret adamların adlarını, onların telefon nömrələrini dedim. Müstəntiq təəccübləndi, dedi: “Bunlar necə adam imiş?” Amma özü də elə o gedən oldu. Hadisə yerinə gələn yanğınsöndürən maşınların şlanqı çıxmamış qara maşınlarla 17-18 nəfər MTN əməkdaşı ofisimizi basmışdı. Bunu mənə xəbər verəndən dərhal sonra ofisə getdim. Oradakı ab-havanı görəndə məndə belə hiss yarandı ki, Üsəma bin  Ladenin qohumuyam, məni aparmağa gəliblər. Saat 12-yə 15 dəqiqə işləmiş hadisə yerinə yanğınsöndürən maşınlar gəlir və eyni vaxtda bizim ofisimizdə xüsusi əməliyyat keçirilirsə, qərarın hardan gəldiyi maraq doğurur. Rəsmi məlumata görə, yanğın saat 17.30-da söndürülüb. Deməli, yanğının səbəbi, günahkarın kimliyi ən tezi 17.31-dən əvvəl məlum ola bilməzdi”.(musavat.com)

DOSYE.ORG

COMMENTS