Yanukoviçin bütün əmlakına həbs qoyuldu

Yanukoviçin bütün əmlakına həbs qoyuldu

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin və onun ailə üzvlərinin ölkə daxilində olan bütün əmlakına həbs qoyulub.

Ukrayna saytlarının məlumtına görə, bu barədə ölkənin baş prokuroru vəzifəsini icra edən Oleq Maxnitski məlumat verib. Baş prokuror dəqiq rəqəmlər açıqlamaqdan imtina edib. Lakin rəqəmin kifayət qədər böyük olduğunu deyib. Maxnitski eks-prezidentin ölkədən kənar bəzi hesablarının dondurulduğu barədə də məlumat verib.

Xatırladaq ki, bir qədər əvvəl İsveçrə məhkəməsinin qərarı ilə Yanukoviçə məxsus 170 mln İsveçrə frankı dondurulub. Ukrayna prokurorluğu isə Yanukoviç ailəsinin Rusiyaya 32 milyard dollardan çox nəğd pul apardığını açıqlamışdı.

azadlıq.info

COMMENTS