YAP-çı deputatlar Türkiyənin hakim partiyasının qurultayına gedir

YAP-çı deputatlar Türkiyənin hakim partiyasının qurultayına gedir

yapcideputat.jpg

“Sabah YAP icra katibinin müavini, həmkarım deputat Siyavuş Novruzovla Türkiyəyə yola düşürük. Biz Türkiyənin Ədalət və İnkişaf Partiyasının avqustun 27-də keçirilən qurultayında iştirak edəcəyik”. Bunu Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, Türkiyədə qurultaya birinci dəfə qatılmırıq: “Yeni Azərbaycan Partiyası iqtidar partiyası olduğundan bir neçə dəfə onların qurultaylarında iştirak etmişik. Çünki Ədalət və İnkişaf Partiyası (AKP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlıq var. Ümumiyyətlə, Türkiyədə qurultay keçiriləndə həmişə bizi dəvət edirlər. Bir neçə dəfə onların qurultayında iştirak etmişəm. Bildiyiniz kimi, qurultayda baş nazir və partiyanın sədri seçilməlidir. Türkiyədə kimlərlə görüşəcəyimiz öncədən bəlli deyil. Ədalət və İnkişaf Partiyasının nümayəndələri ilə görüşə bilərik. Qabaqcadan konkret nəsə deyə bilmərəm”.

Türkiyədə yeni seçilən prezident Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə qatılmağa gəldikdə, komitə sədri deyib: “Biz prezidentin andiçmə mərasimində iştirak etməyəcəyik. Çox güman ki, prezidentin inauqurasiya mərasiminə yuxarı vəzifəli şəxslər qatılacaq”.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə keçirilən prezident seçkiləri zamanı baş nazir Rəcəb Tayyib Ərdoğan prezident seçilib.

COMMENTS