YAP-çı deputatların müraciəti artıq Milli Məclisdədir

YAP-çı deputatların müraciəti artıq Milli Məclisdədir

12.11

Bu dəqiqələrdə spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin iclası başlayıb. Gündəliyə 23 məsələ, o cümlədən hakim YAP-dan olan deputatların parlamentin buraxılması haqda müraciəti və yeni ombudsmanın seçilməsi daxildir. Jurnalistlər xəbər verir ki, parlamentin iclasına baş nazir Əli Əsədov da qatılıb.

***

Hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması üçün kollektiv müraciət hazırlayıblar. Həmin müraciət artıq Milli Məclisdə baxılmaq üzrədir. Xatırladaq ki, ötən gün YAP-ın Siyasi Şurası parlamentin buraxılmasının zəruriliyi barədə qərar qəbul edib. Qərara əsasən Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.

Konstitusion prosedura əsasən indiki halda Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verəcək.

DOSYE.ORG

COMMENTS