YAP namizədinin qaranlıq keçmişi

YAP namizədinin qaranlıq keçmişi

Korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Balaşirin Nəsirov necə iqtidar partiyasının namizədi oldu?

Bir müddət Lerik Rayon Təhsil Şöbəsinin müdri vəzifəsində işləyən və korrupsiya əməllərinə görə tutduğu vəzifədən azad olunan Balaşirin Nəsirov yenidən vəzifə sahibi olmaq üçün fəallaşıb. Belə ki, Lerik RTŞ-nin müdir vəzifəsinə qalmaqalla gələn və qalmaqalla yola salınan B. Nəsirov haqqında az da ola qeyd etməyi məqbul hesab edirik. 

Lerik rayonu, M.Qafarov adına Siyov kənd tam orta məktəbinin direkrou İlham Əvəz oğlu Əmirovun təqdim etdiyi açıqlamada da açıq-aşkar qeyd etmişdir: “Səbəb aydındır. Hər ay müdirin tələb etdiyi rüşvəti verə bilmirəm. Çünki mənim həmişə əsas işim təhsilin səviyyəsini qaldırmaq olmuşdur. Heç bir müəllimdən rüşvət almadığıma görə, heç kimə rüşvət verə də bilmirəm…”

Direktor daha sonra əlavə edir: “Təhsil şöbəsinin müdiri təqaüddə olan bəzi müəllimlərdən 500 manatdan 1000 manatadək rüşvət alaraq, buna heç bir ehtiyac olmadığı halda, onlarla müqavilələr bağlayırdı. Hansı ki, həmin müəllimlərdən bir çoxları nə dərs saatları ilə təmin olunmurlar, nə də ümumiyyətlə məktəbə gəlmirdilər. Lakin məhz bu yolla, dövlət vəsaitləri əmək haqqı formasında mənimsənilirdi…”

DOSYE.ORG olaraq bəzi araşdırmaları sizin də diqqətinizə çatdırırıq. Lerik RTŞ keçmiş müdri B. Nəsirov bundan sonra hansı haqla dövlət qurumlarında və yaxud ölkənin qurucu partiyası olan YAP-da təmsil oluna bilər? Millətin gələcəyi olan təhsilimizi öz şəxsi maraqları üçün qurban verən məmur nə dövlətə xidmət edə bilər, nə də millətə. Adı korrupsiya əməllərində hallanan və rüşvət aldığına görə işdən azad olunan B. Nəsirov yeni iddialarla bələdiyyə sədri olmaq üçün hərəkətə keçib. Bir faktı qeyd edim ki, cənab prezident İlham Əliyev bütün çıxışlarında rüşvətxor və korrupsioner məmurlara qarşı amansız mübarizə aparacağını söyləyib.

Bunlardan əlavə bir müddət rayonun icra başçısı işləyən Rövşən Bağırovla eks-şöbə müdri arasında böyük problem yaranmışdı. Mənbənin sözlərinə görə, aldığını geri qaytarmaq istəməyən başçı B. Nəsirovu növbədənkənar bələdiyyə sədri seçdirməyə bacardı. Belə bir şəxsin yenidən YAP-ın namizədi olması olduqca təəssüf doğurur.

DOSYE.ORG

COMMENTS