YAP seçki qərarı verdi, Milli Şura boykot

YAP seçki qərarı verdi, Milli Şura boykot

Hakim partiya seçki siyahısını yaxın vaxtlarda açıqlayacaq; bəzi dairələrdə isə namizədlər bəllidir

2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar siyasi qurumlar namizədlərinin siyahısını açıqlayır, aktiv şəkildə prosesə qoşulurlar.

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti dekabrın 10-da seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib.

İdarə Heyətinin iclasında həmçinin, YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.

Hazırda əsas sual doğuran məsələ hakim partiyanın namizədlərini nə zaman açıqlayacağı ilə bağlıdır. Bununla əlaqədar axar.az-a açıqlama verən YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, partiya seçki siyahısını yaxın vaxtda təqdim edəcək: “Hələlik, dəqiq tarix məlum deyil, ancaq partiyamızın seçki siyahısı bir neçə gün sonra ictimaiyyətə açıqlanacaq”.

Milli Şura da dekabrın 10-da növbədənkənar parlament seçkiləri ilə bağlı qərar verib.

APA-nın məlumatına görə, bununla bağlı qurum  bəyanat yayıb. Bəyanatda bildirilir ki, Milli Şura 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Fazil Mustafa ile ilgili görsel sonucu

Parlament partiyalarından sayılan Böyük Quruluş Partiyası seçkilərdə iştirak edəcək. Bu barədə öz Facebook profilində partiyanın sədri Fazil Mustafa status paylaşıb: “Dekabrın 10-da  Böyük Quruluş Partiyası Ali Məclisinin iclası keçirilib. Ali Məclis üzvləri yekdilliklə partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanı 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürüblər. Məclisdə həmçinin ölkənin 65 seçki dairəsindən deputatlığa namizədliklər müəyyən edilib. Bununla yanaşı, partiyanın səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin edilib”.

Seçki ətrafında gedən əsas müzakirələrdən biri də REAL Partiyası və onun rəhbəri İlqar Məmmədov ətrafında gedir. Buna səbəb də partiyanın dövlət qeydiyyatının olmaması və İ.Məmmədovun üzərində məhkumluğun qalmasıdır. Belə bir şəraitdə REAL-dan kimsə deputat olsa belə, partiya parlament partiyası sayılmayacaq. Digər tərəfdən isə, bugünkü vəziyyətdə İ.Məmmədov da namizəd ola bilməyəcək.

REAL-ın icra katibi Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icra katibi Natiq Cəfərli İ.Məmmədovun seçki taleyinin dekabrın 31-nə qədər həll olunacağını bildirdi: “Əslində İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarı çox açıqdır. Onun üzərindən məhkumluğun götürülməsi ilə bağlı qərardır. Bu qərarın yerinə yetirilməsi ilə əlaqədar Nazirlər Komitəsi dekabrın 31-nə qədər Azərbaycan hökumətinə zaman tanıyıb. Qalan zaman kəsiyində bütün məhdudiyyətlər aradan götürülməlidir. Biz indi Ali Məhkəmənin Plenumunun qərarını gözləyirik ki, hansı yöndə qərar veriləcək. Bu qərara uyğun olaraq, İlqar Məmmədovun seçkilərə qatılıb-qatılmayacağı məlum olacaq. O, REAL-ın bütün kampaniyasını da yürüdə bilər. Buna həm potensialı, həm də enerjisi çatır. Konkret bir dairədən namizəd olub, o dairə üzrə qələbə üçün əlindən gələni edə bilər. Hər şey Ali Məhkəmənin Plenumunun verəcəyi qərardan asılı olacaq. Hələ ki, zaman var. Namizədlərin ilkin olaraq irəli sürülməsi prosesinə indi start verilib. Ərizələrlə müraciət olunur, ərizələrə baxılma müddəti beş gündür. İmzatoplama kampaniyası başlamayıb. Əgər bu ilin sonuna qədər Ali Məhkəmənin qərarı çıxsa, çox güman ki, İlqar Məmmədovun seçkilərdə iştirak məsələsi dəqiqləşəcək, təbii ki, məhdudiyyətlər öncəliklə aradan qaldırılmalıdır. İndidən deyə bilmərik ki, Ali Məhkəmənin Plenumu hansı qərarı verəcək. Ən azından ölkədə aparılan geniş islahatları nəzərə alsaq, parlamentin yenilənməsinin yeni mərhələnin açılması üçün şans olduğunu düşünsək, İlqar Məmmədovun üzərindən məhdudiyyətlərin aradan qaldırılması seçki prosesinə startın daha pozitiv şəkildə verilməsinə stimul olacaq. Bu baxımdan açığı Ali Məhkəmədən Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsini gözləyirik. İlqar Məmmədov namizəd olmaq üçün bir neçə dairəni nəzərdən keçirdir. Aramızda bu barədə dəfələrlə söhbətlər gedib. Məhdudiyyətlər aradan qaldırılandan sonra özü yəqin dairəsini açıqlar. Mənim açıqlamam doğru olmazdı”.

N.Cəfərli REAL-dan  deputat seçilən olsa belə, qurumun  parlament partiyası olmayacağı barədə müəmmaya da aydınlıq gətirdi: “REAL paralel olaraq həm də qeydiyyatla bağlı qurultay keçirib sənədlərini Ədliyyə Nazirliyinə göndərməklə bağlı da iş aparır. Demək olar ki, artıq bu iş yekunlaşdırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə qurultaya yer ayırması ilə bağlı da müraciət etmişik. Cavab gözləyirik. Vaxt hələ tamam olmayıb. 15 gün  müddətində maksimum cavab veriləcək. Əgər pozitiv bir qərar çıxsa, qurultayı seçkilərə qədər keçirib, qeydiyyatla bağlı müraciət edəcəyik. Seçki dönəmində REAL-ın namizədlərinin qalib gələcəyinə inanıram. Azından bir neçəsinin cəmiyyət daxilində ciddi nüfuzunun olduğunu söyləyə bilərəm. Seçkilərə qədər qeydiyyat məsələsi həll olunsa, qeydiyyatdan keçmiş partiyanın namizədləri olacağıq, bu şəkildə də seçkilərdə iştirak edəcəyik. Bu, məsələnin hüquqi tərəfidir. Siyasi tərəfi ondan ibarətdir ki, bizim quracağımız partiyanın fəaliyyət göstərəcəyi istiqamət Azərbaycanda parlament tipli bir partiyanın yaradılmasına hesablanıb. Sovet dövründən bir miras qalıb. Postsovet məkanında hansı partiya yaradılırsa, Kommunist Partiyasına bənzəyir. İndi də eyni vəziyyətdir. Hakim partiyanın özü belə Kommunist Partiyasına struktur olaraq bənzəyir. Digər müxalif partiyalar da nədənsə buna çalışırlar. XXI əsrin müasir parlament tipli partiya olmasının yolu tərəfdar, seçici qazanmaqdır. Müasir partiya anlayışı dünyada bu yolla keçir. Azərbaycanda siyasi mədəniyyətin siyasətə gətirilməsi əsas hədəflərimizdən biridir”.

Onu da qeyd edək ki, REAL hansı dairələr üzrə seçkilərdə namizədlərini sürəcəyini açıqlayıb.

İlqar Məmmədov ile ilgili görsel sonucu

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiyanın sədri İlqar Məmmədov şəxsi feysbuq hesabında yayıb. Onun sözlərinə görə, partiyanın namizədləri 42 dairə üzrə mübarizə aparacaq. Məmmədov bildirib ki, 21 dairə Bakıya, 21 dairə isə regionlara aiddir. Namizədlərin adları yaxın günlərdə açıqlanacaq.

Namizədlər aşağıdakı seçki dairələri üzrə mübarizəyə qoşulacaqlar:

8 və 9 saylı Binəqədi seçki dairəsi,

11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi,

13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairəsi,

15  və 16 saylı Yasamal seçki dairəsi,

18 saylı Nərimanov-Nizami seçki daiərəsi, 19 saylı Nərimanov 1-ci seçki dairəsi,

20 saylı Nərimanov 2-ci dairəsi,

21 saylı Nəsimi seçki dairəsi,

24 Nizami 1-ci seçki dairəsi,

26 saylı Sabunçu 1-ci seçki dairəsi,

27 saylı Sabunçu 2-ci seçki dairəsi,

28 saylı Sabunçu 3-cü seçki dairəsi,

29 saylı Səbayel seçki dairəsi,

30 saylı Suraxanı 1-ci seçki dairəsi,

32 saylı Suraxanı 3-cü seçki dairəsi,

34 saylı Xətai 2-ci seçki dairəsi,

40 saylı Kəpəz 2-ci (Gəncə) seçki dairəsi,

44 saylı Sumqayıt-Xızı seçki dairəsi,

46 saylı Şirvan seçki dairəsi,

47 saylı Mingəçevir seçki dairəsi,

54 saylı Şabran-Siyəzən seçki dairəsi,

55 saylı Xaçmaz şəhər seçki dairəsi,

66 saylı Biləsuvar seçki dairəsi,

73 saylı Lənkəran şəhər seçki dairəsi,

86 saylı İsmayıllı seçki dairəsi,

88 saylı Göyçay seçki dairəsi,

91 saylı Ucar seçki dairəsi,

93 saylı Bərdə şəhər seçki dairəsi,

94 saylı Bərdə kənd seçki dairəsi,

97 saylı Goranboy-Ağdam seçki dairəsi,

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi,

112 saylı Qax seçki dairəsi,

113 saylı Şəki şəhər seçki dairəsi ,

114 saylı Şəki kənd 1-ci seçki dairəsi,

116 saylı Qəbələ seçki dairəsi ,

117 saylı Oğuz-Qəbələ seçki dairəsi,

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi,

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi.

DOSYE.ORG

COMMENTS