Yaponiya Azərbaycana səfər qadağasını GÖTÜRDÜ

Yaponiya Azərbaycana səfər qadağasını GÖTÜRDÜ

Yaponiya hökuməti pandemiyaya görə Azərbaycan da daxil olmaqla 55 ölkəyə səfər məhdudiyyətlərini yumşaldıb.

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qərar Azərbaycanla yanaşı, Ermənistan, Rusiya, İndoneziya, Polşa, Tacikistan, Özbəkistan, Ukrayna, Filippin, Çexiya və digər ölkələri əhatə edir.

Bundan əlavə, Yaponiya əhalisi üçün pandemiya ilə əlaqədar 41 ölkəyə səfər etməyə icazə verilmirdisə, artıq həmin qadağa aradan götürülüb.

COMMENTS