Yaponiyada məşhur turizm yerində kütləvi qətl baş verib

Yaponiyada məşhur turizm yerində kütləvi qətl baş verib

Yaponiyanın Miyadzaki prefekturasında kütləvi qətl hadisəsi baş verib.

Dosye.org  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Ölkənin cənub-qərbində turistlər arasında məşhur olan dağ kəndindəki fermer evində 5-i bir ailənin üzvü olmaqda, 6 nəfərin meyiti tapılıb. Onlardan bəziləri bıçaqlanıb.

Polisin məlumatına görə, sonradan 7-ci şəxsin də meyiti tapılıb. O, Takaçixoda körpüdən çaya tullanıb və ya düşüb. Onun meyiti kənddən təqribən 3 km aralıda çayda aşkar edilib.

Qətlin baş verdiyi yer turistlərin çox gəldiyi məşhur Takaçixo vadisinə yaxındır.

Dosye.org

COMMENTS