Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

Yaponiyada zəlzələdə ölənlərin sayı artdı

Yaponiyanın İşikavada prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 84-ə çatıb.

Axar.az xəbər verir ki, məlumatı NHK rəsmi şəxslərə istinadla yayıb.

Bildirilib ki, yaralıların sayı 305 nəfərdir, 179 nəfər itkin düşüb.

Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.

COMMENTS