Yaralılardan 7-si reanimasiyadadır – SON VƏZİYYƏT

Yaralılardan 7-si reanimasiyadadır – SON VƏZİYYƏT

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə qurumdan Modern.az-a verilən məlumatda bildirilib.

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfərin evə göndərildiyi qeyd edilib. Hazırda tibb müəssisələrində 18 nəfər müalicə  alır:

“Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

Rəsmi məlumata görə, xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

DOSYE.ORG

COMMENTS