Yardımlı sakinlərindən şok iddia:”DTX Mahir Mirzəyevi nəzarətə götürsün”

 Yardımlı sakinlərindən şok iddia:”DTX Mahir Mirzəyevi nəzarətə götürsün”

Ötən gün İsmayıllı rayonunda DTX-nın keçirtdiyi əməliyyat icra başçısının nümayəndəsinin həbsi ilə  nətiçələndi.

Bu barədə dosye.org-u məlumatlandıran mənbə vurğulayr ki, fironluğ edən, dövlət vəsaitini talayan və vətəndaşların haqqını mənimsəyən məmurların həbsi birbaşa dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Mənbə daha sonra əlavə edir ki, bu cür həbslərin gələcəkdə də davam edəcəyi istisna edilmir.

Əslində baş verən xoşagəlməz hadisələrdən digər məmurlar nümünə götürməli və onlara həvalə olunan vəzifəni sədaqətlə yerinə yetirməlidir. Ən azıdan dövlətə ləyaqətlə xidmət etmək, eyni zamanda dövlət başçısına olan ehtiramı sübüt etməkdir. Lakin bəzi rayon icra başçıları onların tabeçiliyində olan idarə, müəssisə, təşkilat rəhbərlərini səbəb olmadan incidir, rayonun abadlıq-quruculuq işləri üçün maliyyə tələb edilir. Bu günlərdə Yardımlı rayonunda sakinlər üçün nəzərdə tutulan yardımlar icra hakimiyyətinin səlahiyyətli nümayindələri tərəfindən mənimsənildi. Sonradan icra nümayindələrinə göstəriş verildi ki, təcili sürətdə bir neçə ailəyə şəxsi hesablarından yardım etsinlər.

Əfsüslər olsun ki, Yardımlı rayonunda yaşanan məmur özbaşınalıqları və digər neqativ hallar günü bu gün də təkrarlanır. Bir sözlə, məlum həbslər  Başçının birinci müavini Azər  Yüsüb oğlu Xamiyevi, Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyevi, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Camaləddin qızı Mammədovanı, Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişovu, və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir Qaraxan oğlu İmanovu narahat etmir.

Rayon sakinlərinin iddialarına görə,  Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Mirzəyev çəkinmədən dövlət vəsaitini açıq şəkildə mənimsəyir. Mənimsənilən pullar isə “PEKOPA” Məhdud Məsuliyyətli Cəmiyyətin adındam həll edilir. Maraqlı məqamlardan biri odur ki, DTX ölkənin bütün ərazilərini nəzarətə götürdüyü halda Yardımlı rayonu kənarda qalır. Bunlardan əlavə Mahir Mirzəyevin özbaşınalığı və hegamonluğu haqda mətbu orqanlarda kifayət qədər məlumatlar dərc edilib. Yardımlı sakinləri iddia edirlər ki, M. Mirzəyev sakinləri bilərəkdən dövlətdən narazı salmağa çalışır. Elə bu səbəbdən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Yardımlı rayonunu təcili sürətdə nəzarətə götürməlidir. Diqqət çəkən hadisələrdən biri odur ki, Yardımlıda icra başçısının olub-olmadığı məlum deyil.

Aidiyyətli qurumların diqqətinə Mahir Mirzəyevin gəlir obiyektlərini təqdim edirik:

“PEKORA” Mahir Mirzəyevin şəxsi mülkidir. Sanofen MMC, Trendservis MMC,RMT inşaat MMC, Terminal -A MMC,Azadlıq LTD,Constella MMC,Sistem X MMC,Retro inşaat MMC,Aktiv 2019 MMC,Ag Asto MMC,Papyalak MMC,Kaştasfiyer MMC,Ceburacka MMC,Lavars X4 MMC,Kayseri MMC,Uruqvay MMC. 

DOSYE.ORG

COMMENTS