Yardımlıda səhiyyə acınacaqlı durumdadır

Yardımlı rayon Mərkəzi Xəstəxanasının fəaliyyətindən narazı düşən bir qrup sakin bununla bağlı mətbuata müraciət edib.

 

Saytın elektron ünvanına daxil olan şikayətdə deyilir ki, xəstəxananın tərkibində fəaliyyət göstərən Stomotologiya Şöbəsinin işçiləri özbaşınalıqla yanaşı, həm də sanitar-gigeyenik qaydalara da riyayət etmirlər.
Onlar yazırlar ki, stomotoloq Əlimusa Məmmədov çox vaxt işə gəlmir.

 

Onu isə tələbə oğlu Teymur Məmmədov əvəz edir. Verilən məlumata görə, Teymur tələbə olduğu üçün xəstəxananın işçisi deyil. Amma buna baxmayaraq, atasını əvəz edərək, onun xəstələrinin dişini çəkir və ya müalicə edir.

 

İddia edilir ki, Ə.Məmmədovun oğlu bir neçə dəfə insan həyatını risqə atıb. Daha doğrusu, guya o, dişini şəkdiyi şəxsin şoka düşməsinə səbəb olub. Hətta adamın ölümdən döndüyü deyilir.

 

Və o da deyilir ki, Teymur Məmmədovun səriştəsizliyi və təcrübəsizliyindən dolayı belə bir durum yaşanıb. Amma prosesə qatışan ata və digər həkimlərin sayəsində problem aradan qaldırlıb.

 

Bundan əlavə, Ə.Məmmədovun orağında natəmizliyin olduğu, gigeyenik qaydalara riyayət edilmədiyi də deyilir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
jam.

COMMENTS