Pensiyaçılara qulluq edən vətəndaşlara aylıq əlavə məbləğ ödənişi də nəzərdə tutulub…
Rusiyada 80 yaşından sonra yaşa görə pensiyaya əlavə edilən məbləğ artırılıb.
Dosye.org-un yerli mediaya istinadla verdiyi xəbərdə belə deyilir. Beləliklə, 2019-cu ildən etibarən bu ölkədə yaşı 80-dən yuxarı olan təqaüdçülərə əlavə olaraq 5334 rubl( təxm.135 AZN) ödənəcək. Bu halda əlavə ödənişlərin yenidən hesablanması avtomatik baş verəcək. Dəyişikliklər yalnız yaşlılıq pensiyalarına təsir edəcək.
Ötən illə müqayisədə yaşa görə pensiyaya əlavə edilən məbləğ 400 rubl(təxm. 10 AZN) artıb. 2019-cu ildən Rusiyada, həmçinin, əmək qabiliyyətli olsa da, işləməyən, lakin pensiyaçılara qulluq edən vətəndaşlara aylıq 1,2 min rubl(təxm.30 AZN) əlavə məbləğ ödənişi nəzərdə tutulub. Həmin məbləğ yaşından asılı olmayaraq təqaüdçülərin pensiyasına onlara kömək edənlər nəzərə alınaraq əlavə edilir.
Xatırladaq ki, 2013-cü ildən Rusiyada yaşa görə hər il pensiyaçılara ödənilən fiksə olunmuş məbləğ 80 yaşından sonra 100 faiz artırılır. Ölkədə 2018-ci ildə orta aylıq pensiya 13 323 rubldur(təxm. 338 AZN)
Dosye.org
COMMENTS