Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş olunmuş Rəvan Rzayev saxlanılıb.
DOSYE.ORG Teleqraf.com -a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Keçirilən baxış zamanı onun yaşadığı evdə gizlətdiyi “AK-74” markalı markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.
Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd “Kalaşnikov” avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.
COMMENTS