Yasamal Məhkəməsinin hakimi Ayaz Məmmədov Əli Kərimlini maliyyələşdirir? – ÖZƏL

Ölkəmiz sovet imperiyasının çaynağından yaxa qurtardıqdan sonra digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də köklü islahatlar aparılıb, bir sıra ciddi irəliləyişlərə imza atılıb.

Söz yox ki, həqiqi demokratik cəmiyyətin yaradılmasına xidmət edən bu islahatlar ilk növbədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəldilib. Həmin islahatlara uyğun olaraq ölkə rəhbərliyi tərəfindən yeni mütərəqqi qanunlar, o cümlədən «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilib.

Qeyd etmək lazımdır ki, bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmaqla yanaşı, beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilib. Beləliklə, hüquq sistemində aparılmış islahatlar nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət 3 pilləli müstəqil məhkəmə sistemi yaradılıb.

Lakin bəzi hakimlər bəzən ədalət prinsipini müəyyən maraqlara qurban verir və kim(lər)insə göstərişinə boyun əyməli olur.

Hakim nəyi unudub?

Son zamanlar ədalətsiz verdiyi qərarlara görə adı ən çox hallanan hakimlərdən biri Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovdur.

Bugün haqqında bəhs edəcəyimiz şok olayda Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov Ədliyyə Nazirliyinin əsas strukturlarından olan Notarial orqanlarının hüquqi qüvvəyə minmiş sənədini bir sözlə, saya salmayaraq öz bildiyini edib qanuna yox kimlərəsə xidtmət edir.

Bildiyiniz kimi, hakimiyyət bölgüsü prinsipinə görə Azərbaycan Respublikasında təşkil olunan dövlət hakimiyyətinin sahələrindən biri məhkəmə hakimiyyəti adlanır. Onu çox vaxt «üçüncü hakimiyyət» adlandırırlar. Odur ki, məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin xüsusi sahəsini təşkil edir. Və məhkəmə hakimiyyəti dedikdə, dövlət hakimiyyətinin elə bir xüsusi sahəsi başa düşülür ki, o, ədalət mühakiməsi yolu ilə həyata keçirilir. Yəqin Ayaz Məmmədov bilməmiş deyil ki, məhkəmə hakimiyyətinin həyata keçirdiyi fəaliyyətin əsas istiqaməti vətəndaşların hüquq mənafelərini qorumaqdan ibarətdir. Yəni məhkəmə hakimiyyəti insan və vətəndaş hüquqlarının təminatçısıdır. Lakin təəssüflər olsun ki, Ayaz Məmmədov bir çox hallarda funksiyasını normal şəkildə yerinə yetirə bilməməklə yanaşı, ədalət prinsipini də müəyyən maraqlara qurban verir.Halbuki heç bir dövlət orqanının, həmçinin vəzifəli şəxsin məhkəməyə bu və ya digər işi necə həll etmək barədə göstəriş vermək hüququ yoxdur. Görünür, Ayaz Məmmədov digər bir sıra məsələlər kimi bunu da unudub…

Rüsvayçı qərar

Ayaz Məmmədovdan şikayət edən vətəndaşlar çoxdur. Bu günlərdə isə hakim daha bir rüsvayçi qərara imza atıb. Özü də bu dəfə şikayətçi ölkənin  tanınmış xəbər portallarından  birinin rəhbəri, məcburi köçkün, Qarabağ müharibəsinində iştirak etmiş  tanınmış jurnalistlərdən biri olub. Hansı ki, Ümummilli lider Heydər Əliyev haqda ötən əsrin 90-cı illərində  ilk  yazını   yazanlardandır. Ümumilikdə hələlik adını çəkmədiyimiz həmin baş redaktor bir neçə kitabın  müəllifidir.

Konkret Ayaz Məmmədovun baxdığı işə gəlincə, qısaca olaraq mətləbə keçək.  2010-cu ildə Saatlı rayonundan bir nəfər   yuxarıda qeyd etdiyimiz baş redaktordan 70 min manat borc alıb. Həmin vaxt Bakı şəhəri, 6 saylı notarial kontorda  tərəflər arasında borc müqaviləsi imzalanıb. Həmin şəxs öz dilindən 70 min manat borc aldığını ərizədə qeyd edərək  imzalayaraq  vaxtında qaytarmağa söz verib.

Lakin müqavilədəki vaxtdan xeyli keçsə də pulu qaytarmayıb.  Zərərçəkən bununla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.  İşə müxtəlif vaxtlarda hakimlər İlahə Abbasova və Mətanət Ağamirova baxıblar.Lakin hər iki hakim işə baxılmamış saxlayıb. Sonuncu dəfə yenidən iddia qaldırıldıqda işə hakim Ayaz Məmmədov baxıb.

Ayaz Məmmədov isə elə işin lap əvvəlindən işi  zərərçəkənin yox, faktiki  cavabdehin lehinə həll etməyə çalışıb. Sonda qərar çıxarıb ki, 2010-cu ildən xeyli vaxt keçdiyi üçün iddia müddəti bitib və buna görə şikayəti rədd edib.

Savadsız hakim yoxsa?…

Əvvala gəlin hakimin qərarına nəzər salaq. Necə yani iddia müddəti keçib?

Zərərçəkən 2010-cu ildən bu yana 3 dəfə Yasamal Rayon Məhkəməsinə müraciət edib, iddia qaldırıb. Ən əsası- borc müqaviləsini rəsmiləşdirən 6 saylı notarial kontorun icra qeydi  Yasamal Məhkəməsinə,icra şöbəsinə  göndərilib,yəni hüquqi addımlar atılıb.B u rəsmi sənəddir.

Zərərçəkənin vəkili  Yasamal Rayon Məhkəməsinin sədri , çox hörmətli Ələddin Cəfərovun da qəbulunda olub. Həmin icra qeydini, borc müqaviləsini  və diğər rəsmi sənədləri sədrə göstərib. Ələddin Cəfərov özü etiraf edib ki, iddia təmin olunmalıdı. Çünk notarial qaydada təsdiq edilmiş  icra qeydli borc müqaviləsi var. Lakin cənad sədrdən fərqli olaraq Ayaz Məmmədov  rüsvayçı qərar çıxarıb. Özü də bir həftə əvvəldən çıxaracağı qərarı  zərərçəkənin vəkilinə deyib. Demək iş əvvəlcədən “həll” olubmuş. Bu dünya məhkəmə praktikasında görünməmiş bir şeydir. Bəs görəsən Ayaz Məmmədovu  belə qərar verməyə nə vadar edib?

Xorucun ucu müxalifətə gedib çıxır

Əvvəlcədən də qeyd etmişdik ki, 70 min manatı mənimsəyən şəxs əslən Saatlı rayonundandır.  Araşdırmalarımız zamanı məlum olub ki, bu şəxs  radikal müxalifət partiyası, AXCP-nin sədri Əli Kərimlinin uzaq qohumudur. Daim  dövlətimizə, mövcud iqtidara düşmən mövqe sərgiləyən , Azərbaycana qarşı haqsız qərarlar çıxaran Avropaya qulbeçəlik edən Əli Kərimliyə sən demə həmən bu qohumu maliyyə yardımı edirmiş. Pulu hardan aldıqları, necə “qazandıqları” məlumdur.  Təəsüfləndirici odur ki, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov da bu çirkin oyunlara qoşularaq radikal müxalifətə maliyyə yardımı edilməsində iştirakçı olur.

Zərərçəkən Fikrət Məmmədovdan kömək istəyir

Çıxışlarının birində hörmətli ədliyyə nazirimiz Fikrət Məmmədov “Biz daim məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı sorğular keçiririk. Eyni zamanda, hakimlərin məsuliyyətinin artırılması ilə bağlı xeyli tədbirlər görülüb. Artıq 60 hakimin səlahiyyətinə vaxtından əvvəl xitam verilib, 148 hakim barədə ciddi intizam məsuliyyəti tətbiq olunub, 3 hakim aşağı vəzifəyə keçirilib. Hakimlərlə bağlı Avropa Şurası ilə birlikdə Azərbaycanda ən ədalətli seçim qaydası tətbiq olunur “ demişdi.

Cənab nazirdən  Ayaz Məmmədovun dağıdıcı və rüsvayçı fəaliyyətinə son qoymağı xahiş edən zərərçəkən qeyd edir ki, həmin 70 min manatı qohumlarından toplayaraq həmin şəxsə veribmiş. Borcu geri ala bilmədiyi üçün evində -eşiyində nə varsa sataraq hamının pulunu qaytarıb. Faktiki olaraq ikinci dəfə köçkünlük həyatı yaşayıb. Lakin Əli Kərimlinin qohumlarının mənimsədikləri halal pulunun geri qayıtmasına ümidini itirmir. Qərardan Apellyasiya Məhkəməsinə şikayət ediləcək. Həmçinin Ayaz Məmmədovun qanunazidd  işlərindən də   Məhkəmə Hüquq Şurasına şikayət veriləcək. Ümid edirik haqq-ədalət öz yerini tutacaq.

Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfidə dinləməyə hazırıq.

Özəl yazılarda istinad zəruridir.

COMMENTS