Yasamal qəbirisitanlığında açıq bazar-YENİLƏNİR

Dosye.az xəbər verir ki, Yasamal qəbirisitanlığı əsl gəlir mənbəyinə çevrilib. Bir faktı nəzərinizə çatdıraq ki, dünyasını dəyişən insan kimliyindən aslı olmayaraq şəriət qanunlarına əsasən dəfn olunmalıdır.

Lakin Yasamal qəbirsitanlığında belə bir qanun kəşf edilib ki, burada yalınız imkanlı mərhumlar dəfn oluna bilər. Bu da onu göstərir ki, burada bir qəbir yeri 4-5 min manat aralığında hesablanır. Bizə müraciət edən Yasamal sakini bildirdi ki, deyilən məbləğ ödənilməyəcəyi təqdir də, mərhum üçün qəbir yeri müşkül məsələyə çevrilir. Şikayət edən vətəndaşın dediklərindən:

– Yasamal qəbirstanlığı ilə Fəxri Xiyabanın arxa tərəfində hektarlarla yer ayrılan bu qəbirstanlığa hələ ad da verilib-Varlılar qəbirstanlığı. Bəli buranı hamı varlılar qəbirstanlığı kimi tanıyır. Bu qəbirstanlığa kasıbların ölüsünü gətirməsi şifahi qərarla qadağan edilib. Bu sözün əsl mənasında qoyulan qadağadır. Qəbirstanlıqda yalnız biznesmen, məmur və digər imkanlı-tanınmışların yaxınları dəfn edilə bilər. Bu qəbirstanlıq deyəsən şəriət qanunları ilə deyil, məmur qanunları ilə işləyir. Burda hər yerin öz qiyməti, hər şəxsin özünə məxsus yeri var. Yəni, imkanlı şəxsin yanında mütləq ondan daha imkanlı şəxs dəfn edilməlidir. Nisbətən imkansız şəxs burda deyil, hasarın o biri tərəfindəki məhşur Yasamal qəbirstanlığında dəfn olunmalıdır. Bəli, bu adıçəkilən qəbirstanlığın yazılmamış qanunlarıdır.

Mənbə onuda vurğuladı ki, bütün bu qanunları Cavanşir müəllim tədbiq edib. Məhz onun göstərişləri bir çox məsələləri həll edir. Dosye.az olaraq bildirmək istəyirik ki, hörmətli Cavanşır müəllim yəqin ki, islam qanunlarını nəzərə alıb bəzi “qanunları” arxa plana atacaq. Və bundan sonra dünyasını dəyişən mərhum rahat əbədiyata qovuşacaq. Ən azından biz buna əminik. Bizim araşdırmalarımız davam edir..

İndicə əldə etdiyimiz məlumatlara görə Yasamal qəbirisitanlığından sifariş əsasında erməni canəzəsi İtaliyanın Roma şəhərinə yola salınıb. Mənbə bir daha nəzərimizə çatdırdı ki, bu böyük məbləğ hesabına başa gəlib. Dərin araşdırmalara ehtiyac olduğu üçün bəzi detallara toxunmuruq. Bizi izləyin

COMMENTS