Yasamal Uşaq Xəstəxansının həyətyanı sahəsəndə iri gövdəli ağaclar kütləvi şəkildə doğranılaraq bir tərəfə yığılıb.
DOSYE.ORG-a məlumat verən oxucumuz belə bir mənzərədən şoka düşdüyünü bildirir. Sual yarnır. Kimin göstərişinə əsasən ağaclar məhv edilib?

Qanunla nəzərdə tutulur ki, əgər ağaclar hər hansısa bir təhlükə riskini artırırsa, dövlət müəssisənin rəhbərliyi aidiyyəti üzrə Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi qaydada müraciət etməlidir. Bundan sonra nazirliyin əməkdaşları təhlükə mənbəyi olan ağaclara baxış keçirdikdən sonra qərar qəbul edir.

Görünür, yuxarıda sadaladıqlarımızın bir faizi belə nəzərə alınmayıb. Bütün olayları nəzərə alıb xəstəxana rəhbərliyini aramağa çalışdıq. Əfsuslər olsun ki, cəhdlərimiz alınmadı. Lakin ağaclara qarşı yol verilən amansızlıq aidiyyəti üzrə yönləndiriləcək.
Mövzüya yenidən qayıdacıyıq.
Adı hallanan qrumların mövqeyini dərc etməyə hazırıq.
DOSYE.ORG


COMMENTS