Yasamalda avtomobil piyadanı vuraraq öldürüb

Yasamalda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Yasamal Rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun H.Cavid prospektində baş verib. Bakı şəhər sakini T.Rəsulov idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən paytaxt sakini İlkin Şahbazini vurub. Xəstəxanaya yerləşdirilmiş İ.Şahbazi orada ölüb.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində T.Rəsulov saxlanılıb. Araşdırmalarla onun idarə etdiyi avtomobilin Bakı şəhər sakini S.Vəliyevə məxsus olması və aprelin 5-də F.Bayramov küçəsindən qaçırılması müəyyən edilib.

DOSYE.ORG

COMMENTS