Hadisə rayonun Naxçıvani küçəsi, ev 9-da qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, mənzil sahibi Nuray Cavadova evə gələn zaman otağların tamam dağınıq vəziyyətdə olduğunu görüb. Sonra isə məlum olub ki, qadının evindən 30 min manat pul oğurlanıb.
N. Cavadova oğurluq faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə məlumat verib.
Oğurluq faktı ilə əlaqədar polis bölməsindən “Ölkə.Az”a bildirdilər ki, şikayətçinin ərizəsi poçt vasitəsi ilə daxil olub və hazırda araşdırmalara başlanılıb.
Dosye.org
COMMENTS