Yasamalda yaşayış binasında yanğın baş verdi

Yasamalda yaşayış binasında yanğın baş verdi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Bakupost.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 4 ədəd sayğac, 4 ədəd açar və giriş kabeli 2 p.m yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DOSYE.ORG

COMMENTS