Top.Mail.Ru

Yaşar Nurinin həyat yoldaşından MEDİAYA VACİB MÜRACİƏT

Yaşar Nurinin həyat yoldaşından MEDİAYA VACİB MÜRACİƏT

Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım Nuriyeva media nümayəndələrinə müraciət edib. “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində o, bunları qeyd edib.

Hörmətli media işçiləri!

“Mən Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva sizə müraciət edirəm. Bizim qohumluq əlaqələrimiz bizim mətbəximizdir. Xahiş edirəm, bu mövzu ətrafında ailələrimizi narahat etməyəsiniz. Mövzu ətrafın söz-söhbətlər əsassızdır, ailələrimiz mehribandır. Sadəcə, vaxt azlığından bəzən soyuqluq yaranır. Karantin bitdikdən sonra hər şeyi öz yolunda görəcəksiniz.

Hamınıza can sağlığı ,işinizdə uğurlar və müvəfəqqiyyət arzulayıram. Əziz media işçiləri,ən yaxşısı Azərbaycan incəsənətinin nadir incilərini mediada işıqlandırın. Əsərlərin təhlilinə yer verin. Başqalarının həyatını işıqlandırmaqla, müdaxilə etməklə özünüzə xal qazanmayın. İnsanları maarifləndirin, gələcək nəslin hansı mədəni irslə tərbiyə olunacağı haqqında düşünün”,- deyə, Rəhimə xanım fikrini tamamlayıb.

Qeyd edək ki, müğənni Rüfət Axundovun verilişlərin birində dayısı, Xalq artisti Yaşar Nurinin sağlığında soyuq münasibətdə olduqları barədə verdiyi açıqlama mediada və sosial şəbəkələrdə ajiotaja səbəb olmuşdu.

DOSYE.ORG

COMMENTS