Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib.
Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Braziliyada “Friburqense” klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.
26 yaşlı futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, iki gün öncə Rumıniyanın “Dinamo” klubunun futbolçusu Partik Ekenqin ölkə birinciliyində “Vitorul”la matçda ürəyi dayanaraq ölüb.
COMMENTS