Yeltsinin intihar cəhdinin səbəbi illər sonra ÜZƏ ÇIXDI

Yeltsinin intihar cəhdinin səbəbi illər sonra ÜZƏ ÇIXDI

Rusiyanın ilk prezidenti Boris Yeltsin vaxtilə iş otağında intihara cəhd edibmiş.

Publika.az xəbər verir ki, bu barədə “Oqonek” jurnalının keçmiş baş redaktoru Vitali Korotiç “Komsomolskaya pravda” qəzetinə bildirib. Onun sözlərinə görə bir dəfə jurnalist Valentin Yumaşev ona Yeltsinin “Birinci şəxsin etirafları” adlı memuarlarını gətirib. Korotiç deyir ki, bu arada ona SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov zəng edərək bildirib ki, Yeltsin dəlidir, o, öz damarlarını doğrayıb: “Onu elə ləkələmək lazımdır ki, bir daha ayağa qalxa bilməsin”.

Bundan sonra isə baş redaktor iki böyük şəxs arasında çıxılmaz vəziyyətdə qalıb. Amma SSRİ-nin dağılacağını güman etmək üçün həmin vaxt xüsusi məntiqə də ehtiyac yox idi. Baş redaktor anlayıb ki, Yeltsin tezliklə “sudan quru çıxacaq” və uduzan Qorbaçov olacaq. Tezliklə haqlı çıxıb. Amma həmin vaxt Korotiç İttifaqın dağılmasına okeanın o tayından baxırdı. Çünki bu nəşrdən sonra işindən azad edildiyinə görə ABŞ-da mühazirə oxumaq təklifi ilə razılaşıb.

Hadisə isə Qorbaçovun, sabiq deputat Nikolay Rıjkovun və siyasi xadim Vitali Vorotnikovun dediyinə görə, belə olub: 1987-ci ildə Moskva Şəhər Komitəsinin baş katibi vəzifəsində işləyən Yeltsin ürək çatışmazlığına görə xəstəxanaya yerləşdirilməsinə dair rəsmi məlumat yayılıb. Əslində isə o, öz kabinetində intihara cəhd edibmiş. İntiharın səbəbi isə Qorbaçovla aralarlnda keçən münaqişə olub.

Dosye.org

COMMENTS