Yenə qaçqın faciəsi yaşanıb: 18 ölü

İzmirin Dikili bölgəsindən Yunanıstanın Lesbos adasına getməyə çalışan 18 miqrant həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisəyə səbəb gəmidəki insanların ağırlığı və dalğalar olub.

Məlumata görə, Sahil Mühafizə Xidmətinin əməkdaşları əvvəlcə dənizdən 6-sı uşaq olmaqla, 8 nəfərin cəsədini çıxarıblar.

Daha sonra digər batan şəxslərin cəsədlərinin də tapılması ilə 18 nəfərin öldüyü məlum olub.

Rəsmilər 1 yaşlı uşaqda daxil olmaqla, 21 nəfəri xilas etdiklərini bildiriblər. İki nəfərin cəsədi isə hələ də axtarılır.  

COMMENTS