YENƏ DƏ BİR YARPAQ DÜŞDÜ BUDAQDAN…

YENƏ DƏ BİR YARPAQ DÜŞDÜ BUDAQDAN…

Azərbaycan mətbuatında, İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışmaqla bərabər, ədəbi yaradıcılığını da yorulmadan, usanmaan davam etdirir.

 

Odur ki, Əli Aslanoğlunun 100-dən artıq elmi-texniki, fəlsəfi, kütləvi-publisistik məqaləsi , iki monoqrafiyası ( “Muğam poetikası və idrak”, “Bilik qapısının açarları”, bir neçə şeir, qəzəl kitabları vardır… Əli Aslanğlu Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.”
O, 1949 – cu ilin iyun ayının 1-də Ağcabədi rayonunun Bayat kəndində dünyaya göz açıb. Bayat kənd orta məktəbini 1966 –cı ildə əla qiymətlərlə bitirib, həmin ildə də Azərbaycan Politexnik İnstitutunun ( İndiki Texniki Universitet) mexanika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini başa vurub istehsalatda əmək fəaliyyətinə başlamışdır. Dəqiq elmləri və texniki fənnləri yüksək səviyyədə mənimsəyən Əli müəllim humanitar elmlər sahəsində də kifayət qədər bilik əldə etmişdir. Çoxsaylı məqalələr, elmi-publisist əsərlər yazmışdır. İstehsalatda uzun müddət aparıcı və məsul vəzifələrdə çalışmaqla bərabar, o həm də ədəbi-bədii və elmi fəaliyyətlə də müntəzəm surətdə məşğul olur. Əli Aslanoğlu xarici ölkələrin mətbuatında da dərc olunmuşdur. Bədii yaradıcılığa hələ orta məktəb illərindən başlamışdır. Onun ilk şeirləri Ağcabədidə çıxan “Sürət” qəzetində (1965-1966) dərc olunub (“Baxışlar”, “Gecikmişəm”və s.).İstehsalatda qabaqcıl və yaradıcı fəaliyyətini nəzərə alaraq, eləcə də torpaqqazan maşınlarda istehsalat şəraitində yanacaq sərfinin yuxarı həddinin düsturunu verdiyinə görə 1981-ci ildə SSRİ Ali Sovetinin Fərmanı ilə “Əmək igidliyinə görə “ medalı ilə təltif edilmişdir. 1988-1990-cı illərdə Cənubi Yəmən Ərəb Respublikasında böyük mühəndis- sovet mütəxəssislərinin rəhbəri vəzifəsində çalışan Əli Aslanoğlu ərəb dilini öyrənmiş və bu da onun sonrakı yaradıcılığında mühüm rol oynamışdır. Belə ki, əruz şeirini mükəmməl mənimsəyən Əli Aslanoğlu dərin fəlsəfi məzmunlu və geniş məfkurə tutumlu qəzəllər, qəsidələr, müxəmməs və müstəzadlar yazmış, divan yaratmışdır. 1995 – 2007-ci- illər Ə. Aslanoğlunun yaradıcılığında ən aktiv dövr kimi qiymətləndirilə bilər. Bu illər ərzində onun “Heydər Əliyev və onun siyasət məktəbi”, “Zirvəyə gedən yol”, “Bilik qapısının açarları”,“Minillik düşüncələri”, “Qəzəllər dünyası”, Muğam poetikası və idrak”, “Seçilmiş qəzəllər” kitabları çap edilmiş, muğam-tamaşa üçün yazdığı“Məhəbbət hekayəti” adlı librettosu Dövlət Muğam Teatrı tərəfindən səhnələşdirilmişdir. Bundan əlavə, Əli Aslanoğlu həmin illərdə “İslam” , “Cəhənnəm məhkəməsi” pyeslərini, Muğam-tamaşa üçün “Yarımçıq qalmış toy” adlı librettosunu yazmış, “Humayun” və“Şüştər” muğam dəstgahlarına öz qəzəllərini də daxil etməklə yeni tərtibat quruluşu vermiş və həmin muğamlar uğurla ifa edilərək televiziya kanallarında nümayiş etdirilmişdir. “Muğam poetikası və idrak” monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan muğamlarının geniş və fundamental fəlsəfi təhlili verilmiş, bu ecazkar sənət növünün araşdırılmasında orijinal üsullar tətbiq edilmişdir. Kitab elmi ictimaiyyət tərəfindən mədəniyyət xəzinəmizə qiymətli töhfə kimi dəyərləndirilmişdir.Əli Aslanoğlunun qəzəlləri dil, üslub və məna tutumu baxımından öz orijinalığı ilə seçilir, xanəndələr tərəfindən muğam ifaçılığında geniş istifadə olunur.Ə. Aslanoğlu qəzəl janrına bir çox yeniliklər gətirmiş, bu klassik şeir formasını yeni bir pilləyə qaldırmağa nail ola bilmişdir. O, ilk dəfə olaraq baş qafiyəli və rədif qafiyəli qəzəlləryazmışdır.Ədibin son dövrlərdə nəşr olunmuş “Sözün rəngi”(2007) şeirlər kitabı və “Yovşanlıq şərqiləri”(2009) adlanan nəsr əsərləri toplusu ədəbi ictimaiyyət tərəfindən yüksək sənətkarlıq nümunəsi kimi qiymətləndirilmişdir.
Məni məndən özgə tanıyan yoxdu,
Tək-tənha sirdaşım özüməm, özüm.
Dərdi bölüşməyə məqam gələndə
Yeganə dərddaşım özüməm, özüm.
Yazdım-pozdum yerdə qaldı əməyim.
Qələmdən savayı nəyim var, nəyim?
Hanı bir söykəyim, arxam, köməyim?
Qohumum-qardaşım özüməm, özüm.
Hər dürlü kəlama qiymət vermişəm,
Bu yolda canıma möhnət vermişəm.
Mən də söz mülkünə ziynət ermişəm

Bəzəyim, daş-qaşım özüməm, özüm!
Dünyadan küsmüşəm, çıxıb gedirəm,
Ümidə nifrətlə baxıb gedirəm.
İllərdi gözümdən axıb gedirəm,
Süzülən göz yaşım özüməm, özüm!
Kimə ağıllıyam, kimə dəliyəm,
Kimə də sadəcə şair Əliyəm.
Bəlkə ayaq üstə gəzən ölüyəm,
Yeriyən – başdaşım, özüməm, özüm!.

Hardasa bu an…
Hardasa bir qönçə açıldı bu an,
Hardasa bir yarpaq düşdü budaqdan.
Hardasa üfüqdən Günəş boylandı..
Hardasa içildi sədaqət andı..
Hardasa sevənlər görüşür indi,
Həsrət vüsal ilə öpüşür indi…
Hardasa kiməsə qəbir qazılır…
Hardasa sevgiyə şeir yazılır…
Hardasa son ümid yumdu gözünü…
Hardasa bir nəfər tapdı özünü…
An var ki, həsrəti bir ömrə dəyər,
An da var dəvətsiz qapını döyər…
Qəfil külək kimi ötən anların,
Bir göz qırpımında itən anların
Bəzən izi qalar özündən böyük,
Sükutu, lallığı sözündən böyük…
Bu əyri zamanda hər dönüş – bir an..,
Özünü döngədə qoru , ey insan!
Həyatın dönümü amansız olur,
Burda zaman özü zamansız olur!..
… Yenə də bir qönçə açıldı bu an,
Yenə də bir yarpaq düşdü budaqdan

Əli Aslanın poeziyasının parlaqlığını hər bir oxucu görür amma onu oxuduqca… Mən də oxudum nə qədər yaza bildimsə yazdım…. Ömürdən yarpaqların düşməsi təbii haldır Əli müəllim. Təki yarpaqlardan ömür özünü asılı hesab etməsin…. NƏZMİYYƏ HİCRAN ŞAİR-PUBLİSİT

COMMENTS