Yeni icra başçıları kimdir? – Dosye

Yeni icra başçıları kimdir? – Dosye

Xəbər veridyimiz ki, ölkə başçısı İlham Əıiyevin sərəncamı ilə Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları dəyişdirilib. Xaçmaza Elnur Rzayev, Yevlaxa isə Anar Tağıyev icra başçısı təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, Elnur Rzayev bundan əvvəl Gəncə şəhərinin icra başçısının birinci müavin vəzfiəsində işləyib. 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olan yeni icra başçısı 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.

Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Anar Tağıyev isə bundan əvvəl Nəsimi rayonunun icra başçısının müavini olub. 1981-ci ildə Bakı şəhərində anadan olan Anar Tağıyev 1997-ci ildə Bakı şəhəri 1 saylı orta  məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək “Eurostyle” şirkətində ümumi işlər üzrə hüquqşünas,  2006-cı ildə H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Anar Tağıyevin Bakının icra başçısı Eldar Əzizovun kürəkəni olduğu deyilir.

DOSYE.ORG

COMMENTS