Yeni icra başçısından söküntü əmri

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə başlanılıb.

Axar.az xəbər verir ki, bu haqda Rayon İcra Hakimiyyətindən bildiriblər. Hazırda 29-cü məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri ilə bağlı işlər görülür.

Bundan əlavə, qəsəbədəki Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş torpaq sahələri üzərindəki müxtəlif konstruksiyalı hasarlar, eləcə də şəhərsalma və tikinti normalarına cavab verməyən yarımçıq tikililər sökülür. Bu ərazilər təmizlənərək abadlaşdırılır.

Xatırladaq ki, Pirallahı rayonu Bakının 12-ci rayonu olaraq 17 yanvar 2013-cü ildə Prezident sərəncamı ilə yaradılıb. Martın 7-də isə V. İmanov rayonun icra başçısı təyin olunub.

COMMENTS