Yeni müharibədə bu rayonu itirəcəyik, sonra isə… – İoannisyan

Yeni müharibədə bu rayonu itirəcəyik, sonra isə… – İoannisyan

“Maraqlıdır, Tavuşdan İrəvana yürüş edənlərin məqsədi nədir? Deyəsən, onlar hakimiyyəti ələ alıb Azərbaycana müharibə elan etmək istəyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı Vətəndaşlar İttifaqı” QHT-nin koordinatoru Daniel İoannisyan deyib.

O bildirib ki, dəfələrlə məğlub olmuş erməni ordusu Azərbaycanı dayandırmağı bacarmayacaq:

“Onların məqsədi hakimiyyətə gəlib Azərbaycanla müharibə aparmaqdır? Yoxsa Azərbaycanın Ermənistana hücum etməsi üçün dünyanın gözündə qanuni əsas yaratmağa çalışırlar? Dəfələrlə məğlub olmuş, texnikasız qalmış erməni ordusu Azərbaycanı necə və haraya kimi dayandıra biləcək? Çox güman ki, İcevanın və min erməni əsgərin itirilməsindən sonra yenə xilas üçün ruslara yalvaracaqlar”.

COMMENTS