Dosye.org-ın əldə etdiyi məlumatlarına görə Bakı şəhərində bir neçə özəl kilinika var ki, vətəndaşlara kələk gəlməklə qazanc əldə edir.
Təbii ki, bu kilinikalarla bağlı əməkdaşlarımızın maraqlı məlumatlarını hörmətli oxucularımızın ixtiyarına veririk. İlk öncə “Yeni Nəsil” kilinikanın fəaliyyətinə nəzər salaq. Qeyd edilən kilinika Nərimanov rayonu ,Aşıq Molla Cuma küç,39A-da yerləşir. Kilinikanın 20-yə yaxın həkim kollektivi olduğu bildirilir.
Digər bir məlumatda isə bildirilir ki, baş həkim Qətibə Abdullayeva rəhbər olduğu kilinikada özünəməxsüs qanunları tədbiq edib. Belə ki, qurd həkimi Gülnarə Şərifova vətəndaşlara ilkin ödəniş 30 manat ödətdirməklə həkimlik fəaliyyətinə başlayır. Etiraf edək ki, bu gün ölkə də elə özəl kilinikalar var ki, fəaliyyətləri mütləq araşdırılmalıdır. Vətəndaş 30 manat uşağda qurdun aşkarlanması üçün ödəniş edir.
Düşünmür ki, 30 manatla başlayan həkim sonda elə bir məbləğlə müalicəni bitirir ki, bu da vətəndaşlarda böyük narazılıq yaradır. Mənbə iddia edir ki, kilinikaya müraciət edən vətəndaşlar dözülməz vəziyyətə görə Səhiyyə Naziri Oktay Şirəliyevə müraciət ünvanlayacağlarını bildiriblər. Kilinikanın daxilindən mənbəmizin verdiyi məlumatlara görə qurd aşkarlanmadığı halda da vətəndaş aldadılır.
Həkimin “peşəkarlığı” vətəndaşın aldadılması ilə nəticələnir. Əldə etdiyimiz son məlumatlara görə həkim Gülnarə Şərifova Tibb Universitetini bitirməyib. Bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bəzi məqamlara növbəti saylarımızda aydınlıq gətirməyə çalışacayıq. Araşdırmalar davam edir.
Dosye.org
COMMENTS