Yeni rəis şikayətçi qismində yoxlamalara başladı

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi polis general-mayoru Mirqafar Seyidov paytaxtdakı polis idarə və bölmələrini yoxlamağa başlayıb. 

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib. M.Seyidov ilk yoxlamanı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsində (PB) həyata keçirib. Məlumata görə, M.Seyidov bölmənin inzibati binasına mülki geyimdə şikayətçi qismində daxil olub. Bölmə əməkdaşları M.Seyidovu tanımayıblar və BŞBPİ-nin rəisi dəhlizdə gözləməli olub. Bir müddət sonra isə gələn “şikayətçi”nin BŞBPİ-nin rəisi olduğu məlum olub.

Faktla bağlı bölmə əməkdaşları arasında cəzalananların olub-olmaması ilə bağlı məlumat veriləcək.

BŞBPİ-nin mətbuat xidməti hadisəyə münasibət bildirməyib.

***

“Qafqazinfo” xəbər verir ki, 8-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Vüsal Qaraşovdur və bu vəzifəyə bir neçə gün əvvəl təyin olunub. O, Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur.

COMMENTS